Yuxarı

"Səbail"in yeni baş məşqçisi: "Fikirlərimiz üst-üstə düşdü və qərar verdim"

"Səbail"in yeni baş məşqçisi: "Fikirlərimiz üst-üstə düşdü və qərar verdim"

Bakı. 25 may. REPORT.AZ/ "Təklif dünən oldu. Bu gün isə görüşdük. Təklif maraqlı gəldi, fikirlərimiz üst-üstə düşdü və qərar verdim".

Bunu "Report"a açıqlamasında "Səbail" klubunun yeni baş məşqçisi Aftandil Hacıyev deyib. 37 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədi mehriban kollektiv formalaşdırmaq və çempionatda yaxşı çıxış etməkdir. 

A.Hacıyev hələ köməkçilərini müəyyənləşdirmədiyini və heyəti necə formalaşdıracağına qərar vermədiyini də əlavə edib.

Qeyd edək ki, Aftandil Hacıyev "Səbail"in baş məşqçi postunda Samir Əliyevi əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi