"Səbail"in yeni baş məşqçisi: "Fikirlərimiz üst-üstə düşdü və qərar verdim"

"Səbail"in yeni baş məşqçisi: "Fikirlərimiz üst-üstə düşdü və qərar verdim" Bakı. 25 may. REPORT.AZ/ Təklif dünən oldu. Bu gün isə görüşdük. Təklif maraqlı gəldi, fikirlərimiz üst-üstə düşdü və qərar verdim.
Futbol
25 May , 2018 16:25
Səbailin yeni baş məşqçisi: Fikirlərimiz üst-üstə düşdü və qərar verdim
Aftandil Hacıyev

Bakı. 25 may. REPORT.AZ/ "Təklif dünən oldu. Bu gün isə görüşdük. Təklif maraqlı gəldi, fikirlərimiz üst-üstə düşdü və qərar verdim".

Bunu "Report"a açıqlamasında "Səbail" klubunun yeni baş məşqçisi Aftandil Hacıyev deyib. 37 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədi mehriban kollektiv formalaşdırmaq və çempionatda yaxşı çıxış etməkdir. 

A.Hacıyev hələ köməkçilərini müəyyənləşdirmədiyini və heyəti necə formalaşdıracağına qərar vermədiyini də əlavə edib.

Qeyd edək ki, Aftandil Hacıyev "Səbail"in baş məşqçi postunda Samir Əliyevi əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi