"Səbail"in qapıçısı: "Kosovo və Malta yığmaları ilə oyunlarda milliyə dəvət almışdım"

"Səbail"in qapıçısı: "Kosovo və Malta yığmaları ilə oyunlarda milliyə dəvət almışdım" Bakı. 4 noyabr. REPORT.AZ/ Komandanın bütün üzvləri məşqçinin oyundan əvvəl verdiyi tapşırıqları matç ərzində yerinə yetirməyə çalışdı. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Zirə” çox yaxşı rəqibdir. Onlar turnir cədvəlində sonuncu pillədə getsələr də, çox gözəl oyun göstərirlər. Komandamız bu oyuna itki ilə çıxdı. Yevgeni Koçuk bundan öncəki turda qırmızı vərəqə almışdı. Oyunçular maksimum çalışırlar. İkinci hissədə Şəhriyar Əliyevin qırmızı alması işimizi çətinləşdirdi. Ancaq buna baxmayaraq komandada döyüşkən ruh var idi. Sona qədər çalışdıq ki, ən azı qapımızı toxunulmaz saxlayaq.
Futbol
4 Noyabr , 2018 23:29
Səbailin qapıçısı: Kosovo və Malta yığmaları ilə oyunlarda milliyə dəvət almışdım

Bakı. 4 noyabr. REPORT.AZ/ "Komandanın bütün üzvləri məşqçinin oyundan əvvəl verdiyi tapşırıqları matç ərzində yerinə yetirməyə çalışdı. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. "Zirə” çox yaxşı rəqibdir. Onlar turnir cədvəlində sonuncu pillədə getsələr də, çox gözəl oyun göstərirlər. Komandamız bu oyuna itki ilə çıxdı. Yevgeni Koçuk bundan öncəki turda qırmızı vərəqə almışdı. Oyunçular maksimum çalışırlar. İkinci hissədə Şəhriyar Əliyevin qırmızı alması işimizi çətinləşdirdi. Ancaq buna baxmayaraq komandada döyüşkən ruh var idi. Sona qədər çalışdıq ki, ən azı qapımızı toxunulmaz saxlayaq".

"Report" xəbər verir ki, bunu "Səbail"in qapıçısı Emil Balayev Topaz Premyer Liqasının X turunda səfərdə "Zirə" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

24 yaşlı qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sanki birinci hissədə "Səbail”in futbolçuları oynamaq istəmirdi. Sizin fikrinizcə bu nə ilə əlaqədar idi? Komandaya müdafiə olunmaq tapşırığı verilmişdi?

- Xeyr. Belə bir tapşırıq yox idi. Ola bilər ki, əvvəlki oyunlara nisbətən yaxşı çıxış edə bilmədik. Amma bizim müdafiədə oturmaq kimi bir niyyətimiz də yox idi. Bəlkə də oyunumuza başqa amillər təsir etdi. Bütün oyunları eyni səviyyədə oynamaq olmur. Bu matçda bir xal qazandıq. Ona görə də komanda yoldaşlarıma minnətdaram.

- "Səbail”in hazırkı möqveyi sizi razı salırmı? Mövsümün sonunu ilk "3-lük”də başa vurmaq mümkün olacaq? Aşağı mövqelərdən gələn komandalardan təhlükə hiss edirsinizmi?

- Bəli. Hazırkı mövqeydən razıyıq. Sonrakı mövqe barədə dəqiq bir söz deyə bilmərəm. Bizim işimiz məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Əgər oyunçular Aftandil müəllimin tapşırıqlarını yerinə yetirsələr, inanıram ki, yuxarı pillələrdə yerimizi alarıq.

- Növbəti turda "Sabah”la qarşılaşacaqsınız. Həmin oyunda böyük ehtimalla Marko Deviç də meydanda olacaq. Həmin matçda istədiyiniz nəticəni əldə edəcəyinizə inanırsınız?

- "Sabah” çox yaxşı komandadır. Premyer Liqada ilk dəfə çıxış etmələrinə baxmayaraq, yaxşı oyun sərgiləyirlər. Düşünürəm ki, bizim üçün asan oyun olmayacaq. İlk növbədə işimiz məşqçinin tapşırıqlarını yerinə yetirməkdir. Çünki məşqçi rəqibləri analiz edir.

- Bu gün yaxşı qurtarışlar etdiniz. Mövsüm ərzində də pis çıxış etmirsiniz. Amma milli komandaya dəvət almamışdınız. Bu dəfə dəvət olunacağınızı düşünürsünüz?

- Kosovo və Malta yığmaları ilə oyunlarda dəvət almışdım. Mən həmin an fəxr edirdim ki, millinin tərkibindəydim. İkinci dəfə dəvət almayanda fikirləşdim ki, bu mənim özümdən asılıdır. Bəlkə də bəzi oyunlarda uğursuz çıxış etdim. Özümü sübut etməyə çalışacağam. Ola bilər ki, hansısa oyunda zəif çıxış etmişəm. Davamlı olaraq yaxşı oyun sərgiləsəm və millinin heyətinə cəlb olunsam, o formanı canla-başla geyinməyə hazıram.

Son xəbərlər

Orphus sistemi