“Səbail” klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb

“Səbail” klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb 23 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu “Qarabağ”dan birdəfəlik transfer olunub
Futbol
20 İyun , 2017 18:05
“Səbail” klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb

Bakı. 20 iyun. REPORT.AZ/ 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” komandası qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.

“Report”un paytaxt təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvarından icarə əsasında "Səbail"də çıxış edən 23 yaşlı qolkiper 2 illik sözləşməyə imza atıb. O, müqavilə ilə məxsus olduğu “Qarabağ”dan birdəfəlik transfer olunub.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Vüqar Nadirov, Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi