"Səbail"in baş məşqçisi: "İki cəbhə"də oynamağa hazır deyilik"

"Səbail"in baş məşqçisi: "İki cəbhə"də oynamağa hazır deyilik" Bakı. 19 dekabr. REPORT.AZ/ Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Lakin cavab oyununda buna nail olmaq çətindir, böyük diqqət tələb edir. Bunu edə bilmədik. Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədə ilə bağlı itkilərimiz var idi. Bu gün iki cəbhədə oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız vardı.
Futbol
19 Dekabr , 2018 19:18
Səbailin baş məşqçisi: İki cəbhədə oynamağa hazır deyilik

Bakı. 19 dekabr. REPORT.AZ/ "Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Lakin cavab oyununda buna nail olmaq çətindir, böyük diqqət tələb edir. Bunu edə bilmədik. Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədə ilə bağlı itkilərimiz var idi. Bu gün "iki cəbhə"də oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız vardı".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə "Bayıl Arena"da 2:3 hesabı ilə uduzduqları cavab matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis digər sualları da cavablandırıb...

- Çempionatda bir müddətdir fasilədir. Kuboka köklənmək baxımından hansı problemlər var idi?

- Birinci qarşılaşmanı ilk hissədən 10 nəfərlə oynamışdıq. Baş hakim diqqətli olsaydı, rəqib də 10 nəfərlə oynamalı idi. Həmin matçda qırmızı vərəqə almalı olan Andran Skarlatake bu gün meydanda olmalı deyildi. Ancaq bununla "Zirə"nin qələbəsinə kölgə salmaq istəmirəm. Heyətimiz kasaddır, lakin şikayət etmirəm. Yarımfinala çıxsaydıq belə, "iki cəbhə"də oynamağa gücümüz yoxdur.

- Qışda hansı mövqelərə transferləriniz olacaq?

- Ehtiyat qüvvəmizin yoxluğunu demək də düzgün olmazdı. Sadəcə, bir neçə futbolçumuz qış fasiləsinədək sıradan çıxıb. Futbolda əvvəldən dəqiq bir şey demək çətindir. Sadəcə, son oyunlara zədəsiz çıxmaq istəyirdik. Rəhbərliklə də söhbət edəcəyik. Gedənlər və gələnlər olacaq.

- Kubokda qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətə qoyan makedoniyalı legioner Tome Kitanovski ilə yollarınızı ayıracaqsınız?

- Onunla ciddi söhbətim oldu. Mövsümün ilk yarısında özünü, həqiqətən də, intizamsız futbolçu kimi göstərdi. Ancaq oyunçu keyfiyyətlərindən razıyıq deyə hələ yekun qərarımızı verməmişik. Tome ciddi cərimələndi. İntizamsızlığını bir daha təkrarlamayacağını dedi.  

Son xəbərlər

Orphus sistemi