Yuxarı

"Səbail"ə 3 legioner qapıçı təklif olunub

"Səbail"ə 3 legioner qapıçı təklif olunub
Əvvəllər Rəvanda çıxış etmiş hücumçu ilə danışıqlar gedir

Bakı. 30 yanvar. REPORT.AZ/ “Səbail” klubu Qazaxıstanın “Tobol” komandasına keçən Emil Balayevin əvəzinə 3 qapıçını gözdən keçirir.

Bu barədə “Report”a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, bildirib ki, menecerlər tərəfindən onlara ukraynalı Aleksandr Rıbka, rusiyalı Artyom Leonov və serbiyalı Nikola Mitroviç təklif olunub.

Kiyev "Dinamo"su və Donetsk "Şaxtyor"unun sabiq qolkiperi Rıbka hazırda Türkiyənin I Divizionunda “Afyonspor”da çıxış edir. O, əvvəllər Ukrayna yığmasında da forma geyinib. Son klubu Rusiya “Xaborovsk”ı olan Leonov hazırda işsizdir. Mitroviç isə vətənində “Borats”ın formasını geyinir.

Baş məşqçinin sözlərinə görə, nigeriyalı hücumçu Oke Akpovetanın transferi üçün də danışıq gedir. 2014-cü ildə "Rəvan"da çıxış etmiş Akpovetanın hazırda İsveçin “Eskilstuna” klubu ilə müqaviləsi var.

Qeyd edək ki, Emil Balayev "Tobol" klubu ilə 2 illik müqavilə bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi