"Şaxtyor" klubu 10 qat Ukrayna çempionu olub

"Şaxtyor" klubu 10 qat Ukrayna çempionu olub Donetsk təmsilçisi vaxtından əvvəl qızıl medalları təmin edib
Futbol
6 May , 2017 22:43
Şaxtyor klubu 10 qat Ukrayna çempionu olub

Bakı. 6 may. REPORT.AZ/ "Şaxtyor" klubu tarixində 10-cu dəfə Ukrayna çempionu olub. "Report"un məlumatına görə, bu, Premyer Liqada "pley-off" mərhələsinin 6-cı tur matçından sonra müəyyənləşib.

Donetsk təmsilçisi Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zarya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zarya" isə 42 xalla 3-cüdür.

Qeyd edək ki, Ukraynada ən çox çempionluğu "Dinamo" (15 dəfə) qazanıb. 

Son xəbərlər

Orphus sistemi