"Samtredia" - "Qarabağ" oyunu öncəsi Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

"Samtredia" - "Qarabağ" oyunu öncəsi Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb Həmçinin, oyundan əvvəl hər iki klubun azarkeşləri arasında insident baş verib
Futbol
18 İyul , 2017 21:50
Samtredia - Qarabağ oyunu öncəsi Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb
Foto: Report.az

Bakı. 18 iyul. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Samtredia" - "Qarabağ" matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə "Qarabağ"ın fan-klub üzvləri arasında tribunada mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Eyni zamanda "Report"un Gürcüstan bürosu xəbər verir ki, "Samtredia"-"Qarabağ" oyunu başlamazdan əvvəl bir qrup şəxs təxribat məqsədi ilə Azərbaycan əleyhinə kampaniya aparmaqğa cəhd göstərib. Azərbaycanlılardan ibarət bir qrup fəal təxribata imkan verməyib. Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb və onlara xəbərdarlıq olunub.

Son xəbərlər

Orphus sistemi