Yuxarı
    Bağlamaq

    "Samtredia" - "Qarabağ" matçının hakimləri açıqlanıb

    Qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək

    Bakı. 16 iyul. REPORT.AZ/ "Qarabağ" komandasının Gürcüstanda "Samtredia" ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

    "Report"un məlumatına görə, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək.

    Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur.

    Qeyd edək ki, iyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi