"Fiorentina" və "Sampdoriya"nın daha 3 futbolçusunda koronavirus aşkarlandı

"Fiorentina" və "Sampdoriya"nın daha 3 futbolçusunda koronavirus aşkarlandı İtaliyanın Sampdoriya və Fiorentina klublarının daha 3 futbolçusu koronavirusa yoluxub.
Futbol
8 May , 2020 09:48
Fiorentina və Sampdoriyanın daha 3 futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın "Sampdoriya" və "Fiorentina klublarının daha 3 futbolçusu koronavirusa yoluxub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, hər iki komandanın üzvlərindən götürülmüş dopinq-test nəticəsində üzə çıxıb. "Fiorentina"da futbolçulardan əlavə, klubun 3 əməkdaşından da koronavirus aşkarlanıb. 

Lakin yoluxanların heç birinin adları açıqlanmayıb. Onların izolyasiya olunduqları bildirilib. 

Qeyd edək ki, daha öncə mart-apreldə "Sampdoriya"nın 7 futbolçusu, eyni zamanda komandanın həkimi də koronavirusa tutulub. "Fiorentina"da isə 3 oyunçu - Herman Pesselya, Patrik Kutrone və Duşan Vlahoviç bu xəstəlikdən yenicə sağalıb. İtaliya A Seriyası koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi