Samir Abasov: “Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq”

Samir Abasov: “Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq” “Sonacan mübarizə aparacağıq, şansımız var”
Futbol
15 Aprel , 2017 19:46
Samir Abasov: “Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq”

Bakı. 15 aprel. REPORT.AZ/ "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXV turunda "Zirə" ilə heç-heçə başa çatan (1:1) səfər matçından sonra mətbuat konfransına qatılıb.

"Report"un məlumatına görə, 39 yaşlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyuna həyəcanlı və pis başladıq. Birinci hissədə toparlana bilmədik. Pisdən də pis oynamağımıza baxmayaraq, rəqibə qol epizodu vermədik. Fasilədən sonra yaxşı təsir bağışladıq, çox qaçdıq. Uşaqlarda özünəinam yarandı, qolumuzu vurduq. Düzgün oynayırdıq. Bir az çox top itirdik. Təəssüf ki, son anda qol buraxdıq. Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq. Mövsüm başlayanda nədən danışırdıq, indi nədən danışırıq. Sonacan mübarizə aparacağıq. Şansımız var.

Doğurdanmı "Sumqayıt" bu yarımmüdafiə xətti ilə Avropa Liqasına düşə bilər?

- Çox çətindir. Sumqayıtın adını Avropaya daşımaq üçün çalışırıq. Ora çıxaq, bəlkə, ondan sonra düzələr.

Sonradan meydana buraxdığınız Bəhlul Mustafazadə dinə inanmır. Bəlkə, Allah buna görə sizi cəzalandırdı?

- Hərənin öz əqidəsi var. Mən belə şeyə önəm vermirəm. Futbolçunu 2 rükət namaz qıldırıb meydana buraxmıram.

Son xəbərlər

Orphus sistemi