Yuxarı

Samir Abasov Azərbaycan Premyer Liqası klubunun təklifini rədd edib

Samir Abasov Azərbaycan Premyer Liqası klubunun təklifini rədd edib
Xaricdən təklif gəlsəydi, gedib işləmək xoş olardı

Bakı. 21 may. REPORT.AZ/ "Sumqayıt" futbol komandasının baş məşqçi postundan istefa verən Samir Abasov Azərbaycan Premyer Liqası klublarından birinin təklifini rədd edib.

Bu barədə "Report"a 40 yaşlı mütəxəssisin özü məlumat verib. Lakin o, ad çəkmək istəməyib: "Bir təklif var idi. Onu rədd etdik. Çünki mənə ürəkaçan, perspektivli görünmürdü. Amma haradan olduğunu deyəsi deyiləm".

S.Abasov "Neftçi"yə rəhbərlik edəcəyi barədə xəbərlərin real olmadığını vurğulayıb: "Belə bir təklif olmayıb. Bu klubdan söhbət gedə bilməz".

Gənc mütəxəssis xaricdən təklif gözlədiyini də açıqlayıb. S.Abasov Rusiyadakı tanış agentlərinə onun üçün klub tapmaları xahişini ünvanladığını diqqətə çatdırıb: "Xaricdən təklif gəlsəydi, gedib işləmək xoş olardı. Amma hələlik real variant yoxdur".

Qeyd edək ki, Samir Abasov istefa qərarını Premyer Liqanın XXVIII turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb. O, klubun hazırkı strategiyası ilə razılaşmaması səbəbindən bu addımı atdığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi