Yuxarı
    Bağlamaq

    Sabiq futbolçu narkotik maddə daşınmasına görə 9 illiyə azadlıqdan məhrum edilib

    Marselo Pletşə məxsus şirkətin yük maşınında 793 kq marixuana aşkarlanıb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun sabiq futbolçusu Marselo Pletş 9 illiyə azadlıqdan məhrum edilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ona məxsus şirkətin yük maşınında 854 preslənmiş bağlamada ümumilikdə 793 kq marixuana aşkar edilməsinə görə həbsxanaya göndərilib.

    M.Pletş 2015-ci ilin noyabr ayında Braziliyada həbs edilib və məsələ üzrə istintaq araşdırması aparılıb.

    Sabiq futbolçu ünvanına yönələn bütün ittihamları qəbul etmir, günahsız olduğunu iddia edir və məhkəmənin qərarından apellyasiya vermək niyyətindədir.

    Xatırladaq ki, 40 yaşlı M.Pletş karyerası ərzində Almaniyanın "Borussiya" və "Kayzerslautern" kimi klublarında oynayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi