"Sabah" klubu 9 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

"Sabah" klubu 9 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlar davam edir
Futbol
9 İyun , 2018 13:07
Sabah klubu 9 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” klubu daha 9 futbolçu ilə müqavilə bağlayıb.

Bu barədə “Report”a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib. 

O bildirib ki, ötən mövsüm I Divizionun qalibi olan “Xəzər”in heyətində rəhbərliyi altında çıxış etmiş qapıçı – Tərlan Əhmədli, müdafiəçilər – Məmmədov Novruz, Ülvi İbazadə, Eltun Turabov, yarımmüdafiəçi Vadim Abdullayev, eləcə də hücumçular – Tural Qürbətov və Bəxtiyar Soltanovla münasibətləri rəsmiləşiriblər.

Həmçinin “Keşlə”dən ayrılan müdafiəçi Məqsəd İsayev və “Səbail”i tərk edən yarımmüdafiəçi Kərim Diniyevlə də sözləşmə imzalanıb.

Başa çatan mövsümdə “Sabah”da çıxış edən futbolçulardan yalnız üçü – müdafiəçilər Elşad Manaflı ilə Elgün Uluxanov və hücumçu Raul Yaqubzadə komandada qala bilər. Onlarla bağlı yaxın günlərdə qərar veriləcək.

Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlar davam edir.

Qeyd edək ki, “Sabah” daha öncə “Kəpəz”dən ayrılan müdafiəçi Tərzin Canagirovla müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi