Rüşvət aldığı üzə çıxan hakim DÇ-2018-də iştirakdan imtina edib

Rüşvət aldığı üzə çıxan hakim DÇ-2018-də iştirakdan imtina edib Dünya çempionatı ərəfəsində hakimliklə bağlı daha bir qalmaqal baş verib
Futbol
8 İyun , 2018 10:26
Rüşvət aldığı üzə çıxan hakim DÇ-2018-də iştirakdan imtina edib

Bakı. 8 iyun. REPORT.AZ/ Keniyalı hakim Eyden Renc Marva 2018-ci il dünya çempionatında iştirakdan imtina edib.

“Report”un “Associated Press”ə istinadən verdiyi məlumata görə, ədalət təmsilçisi 600 dollar rüşvət alması ilə bağlı videogörüntülər üzə çıxdıqdan sonra bu addımı atıb.

E.R.Marvanın rüşvət aldığı epizod qanalı jurnalist Anas Arameyau Anasın Afrika futbolundakı korrupsiya halları ilə bağlı hazırladığı sənədli filmdə yer alıb. Bildirilir ki, FIFA artıq Marva və videoda yer alan digər şəxslərlə bağlı məlumatları aidiyyatı orqanlara təhvil verib.

2008-ci ildən beynəlxalq oyunlara təyinat alan Marva 2017-ci ildə Rusiyada təşkil edilmiş Konfederasiyalar Kubokunda xidmət göstərib.

Qeyd edək ki, bunadək FIFA danışılmış oyunlarda iştiraka görə Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən ömürlük cəzalandırılan Fahad əl-Mirdasini DÇ-2018-in hakimlərinin siyahısından çıxarıb.

Son xəbərlər

Orphus sistemi