Rüştü Reçber xəstəxanadan buraxıldı

Rüştü Reçber xəstəxanadan buraxıldı Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb.
Futbol
6 Aprel , 2020 14:08
Rüştü Reçber xəstəxanadan buraxıldı
0 : 00
0 : 00

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb. 

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, veteran qapıçı müalicəsinə evində davam edəcək.  

Rəçbərdə koronavirusun simptomları martın 28-də aşkarlanıb. O, xəstəxanada 10 günədək müalicə alıb. 

Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Rəçbər hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır. 
 

Son xəbərlər

Orphus sistemi