​Ruslan Qurbanovun komandası məğlub olub

​Ruslan Qurbanovun komandası məğlub olub Futbolçumuz sarı vərəqə ilə yadda qalıb
Futbol
19 Aprel , 2015 11:58
​Ruslan Qurbanovun komandası məğlub olub

Bakı. 19 aprel. REPORT.AZ/ Ötən gün futbol üzrə Xorvatiya çempionatında 29-cu turun bir neçə oyunu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan yığma komandasının futbolçusu Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk Split" doğma meydanda "Riyeka"nı qəbul edib.

Oyunda hesabı 44-cü dəqiqədə ev sahibləri açıb. "Hayduk" fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

İkinci hissənin 72-ci dəqiqəsində Ruslan Qurbanov Sandro Qotalı əvəzləyərək meydana daxil olub.

Matçın 80 və 82-ci dəqiqələrində rəqib komanda iki qol vuraraq gözlənilmədən hesabda irəli çıxıb. Qalan dəqiqələr ərzində "Hayduk" buraxılan qolların əvəzini çıxa bilməyib və məğlub olub.

Həmyerlimiz 90+1-ci dəqiqədə sarı fərəqə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi