Yuxarı
    Bağlamaq

    Ruslan Abışov: "Bizi çətin oyun gözləyir"

    Baş məşqçinin tapşırıqlarına əməl etsək, yaxşı oyun göstərəcəyik

    Bakı. 9 oktyabr. REPORT.AZ/ "Bilirik ki, bizi çətin oyun gözləyir. yeni meydanda ilk oyunumuzu keçirəcəyik". "Report"un məlumatına görə, bunu milli komandanın futbolçusu Ruslan Abışov deyib.

    Rəqib haqda fikirlərini bölüşən yarımmüdafiəçi bunları bildirib: "Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. Çünki bizi maraqlandıran öz oyunumuzdur. Baş məşqçinin tapşırıqlarına əməl etsək yaxşı oyun göstərəcəyik.
    Mən hər şeyə peşəkarcasına yanaşıram. Çalışmışam ki, həmişə yaxşı çıxış edim. Hazırda milliyə layiq olanlar oynayır. Milli komandada oynamaq üçün yaxşı formada olmaq lazımdır. Bunu üçün səbrli olub vaxtımı gözləyirəm. Ancaq komanda yoldaşlarıma inanıram. Baş məşqçinin şans verəcəyi təqdirdə çalışacam komandama kömək edim. Sabah bizi çətin oyun gözləyir bunun üçün hər şeyə hazır olmalıyıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi