Yuxarı

Rusiyanın "Zenit" komandasına yeni baş məşqçi təyin olunub

Rusiyanın "Zenit" komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 29 may. REPORT.AZ/ Rusiyanın "Zenit" komandasına yeni baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, bu, "Ufa" klubundan ayrılan Sergey Semakdır. 

42 yaşlı mütəxəssislə sonradan daha bir mövsüm uzadıla bilməsi şərtilə ikiillik müqavilə bağlanılıb.

Qeyd edək ki, Sergey Semak 2010 - 2013-cü illərdə "Zenit"də forma geyinib. O, Luçano Spaletti, Andre Villaş-Boaş və Mirça Luçeskunun məşqçilər heyətinə daxil olub, baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edib. "Ufa" isə cari mövsümü 43 xalla 6-cı pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi