Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib

Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib Sank-Peterburqun sabiq vitse-qubernatoru xəstəxanadan müvəqqəti saxlanma təcridxanasına qaytarılıb
Futbol
17 Noyabr , 2016 16:14
Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib

Bakı. 17 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı üçün Rusiyanın Sankt-Peterburq şəhərində stadion tikintisi zamanı fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib. 

"Report"un "Fontanka"ya məlumatına görə, bu, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır.

Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün videotablonun çatdırılması üzrə bağlanmış müqavilədən 50 milyon rubl pul yeyintisində şübhəli bilinib. Ötən gün həbs olunan Oqanesyan bu gün xəstəxanada 3 saatadək qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.

Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa, DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyunlar da bu stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi