Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb Azər Əliyev 10 nömrəli formanı geyinəcək
Futbol
17 İyun , 2017 12:56
Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə bağlayıb. "Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb.

Əliyev 10 nömrəli formanı geyinəcək. O, Samara təmsilçisinin rəsmi saytına açıqlamasında "Krılya Sovetov"a keçməsindən məmnunluğunu dilə gətirib: "İstərdim ki, komandamız oyunu və yaxşı nəticələri ilə azarkeşləri sevindirsin. Qarşımızda duran vəzifəni də anlayıram. Onu yerinə yetirmək lazımdır".

Hazırda Serbiyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" yerli "Dunav" komandası ilə yoxlama matçı keçirib. Əliyev artıq 7-ci dəqiqədə hesabı açıb. Görüş isə samaralıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, Azər Əliyev ötən mövsümü I Divizionda çıxış edən "Yenisey"də "Krılya Sovetov"un hazırkı baş məşqçisi Andrey Tixonovun rəhbərliyi altında keçirib. Krasnoyarsk təmsilçisi Premyer Liqaya yüksəlməyə yaxın olsa da, "pley-off" matçlarında Tula Arsenal"ına uduzub. Samara komandası isə yüksək liqanı tərk edib. 

Son xəbərlər

Orphus sistemi