Rusiya futzalçıları Avropa çempionatının yarımfinalına çıxıblar

Rusiya futzalçıları Avropa çempionatının yarımfinalına çıxıblar Qonşu ölkə yığması ½ finalda ya Azərbaycan, ya da Portuqaliya ilə qarşılaşacaq
Futbol
6 Fevral , 2018 01:53
Rusiya futzalçıları Avropa çempionatının yarımfinalına çıxıblar

Bakı. 6 fevral. REPORT.AZ/ Mini futbol üzrə Rusiya yığması Sloveniya millisini məğlub edərək Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

“Report” xəbər verir ki, matç Rusiya futzalçılarının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İndi qonşu ölkə yığması ½ finalda Azərbaycan-Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Mini-futbol. Avropa çempionatı. ¼ final. Lüblyana, Sloveniya

Sloveniya — Rusiya — 0:2 (0:0).

Son xəbərlər

Orphus sistemi