Rusiya Dövlət Dumasının deputatı: "Njde kimi millətçilərin tərənnümü qəbuledilməzdir"

Rusiya Dövlət Dumasının deputatı: "Njde kimi millətçilərin tərənnümü qəbuledilməzdir" Aleksandr Yuşenko: "Bu gün dünyada millətçilik və irqçiliyin müasir formaları canlanır"
Futbol
15 Sentyabr , 2017 18:06
Rusiya Dövlət Dumasının deputatı: Njde kimi millətçilərin tərənnümü qəbuledilməzdir
Report

Moskva. 15 sentyabr. REPORT.AZ/ Postsovet məkanında tarixi təhrif etmək və onu özünə sərf edən formada təqdim etmək tamamilə yolverilməzdir.

Bu barədə "Report"un Rusya bürosuna Rusiya Dövlət Dumasının Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) fraksiyasından olan deputatı Aleksandr Yuşenko Yerevanda Böyük Vətən Müharibəsi illərində faşistlərin tərəfində döyüşən Qaregin Njdeyə abidənin ucaldılmasını şərh edərkən bildirib.

"Təəssüf ki, hazırda bütün dünyada, xüsusən Şərqi Avropada nasizm yenidən baş qaldırır. Bender, Njde kimi millətçiləri tərənnüm edəndə bu, narahatlıq yaradır", - A.Yuşenko vurğulayıb. 

O əlavə edib ki, millətçilik və faşizm həmişə yan-yana gəlir: "Faşist liderləri və faşizmlə könüllü əməkdaşlıq edənləri tərənnüm etmək, ilk növəbədə, mənəvi-etik cəhətdən yolverilməzdir. Bu yoxdursa, məsələnin qarşısını qanunvericiliklə almaq lazımdır. Ola bilsin, gələcəkdə bu təşəbbüslə çıxış edək".

Son xəbərlər

Orphus sistemi