​Rusiya "Dinamo"sunun futbolçusu qəza törədib, 2 nəfər ölüb

​Rusiya "Dinamo"sunun futbolçusu qəza törədib, 2 nəfər ölüb Aleksandr İlyin saxlanılıb, ona qarşı cinayət işi açılıb
Futbol
13 Sentyabr , 2015 00:16
​Rusiya Dinamosunun futbolçusu qəza törədib, 2 nəfər ölüb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq "Dinamo"sunun futbolçusu Aleksandr İlyin sərxoş vəziyyətdə yol qəzası törədib.

"Report" xəbər verir ki, şənbə günü səhər baş verən hadisə nəticəsində beş maşın toqquşub, iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.

Qəza futbolçunun yolun hərəkət zolağının qarşı tərəfinə çıxması nəticəsində qeydə alınıb.

Müqavilə ilə Moskva "Dinamo"suna məxsus olan 22 yaşlı futbolçu saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb. O hazırda müvəqqəti saxlanma təcridxanasındadır.

Son xəbərlər

Orphus sistemi