Azərbaycan millisinin futbolçusu Almaniyada mövsümün ən yaxşı transferlərinin “onluğ”una düşüb
Futbol
- 16 yanvar, 2019
- 06:16
Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniyanın III liqasında cari mövsümün ən yaxşı transferlərinin “onluğ”una düşüb.
“Report” xəbər verir ki, bu, “liga3-online” portalının apardığı araşdırma nəticəsində müəyyənləşib. Ötən yay Regional Liqanın Şimal-Şərq zonasında çıxış edən Berlin “Dinamo”sundan “Proyssen”ə keçən Dadaşov yeni komandasında özünü doğruldub. Cari çempionatda 17 oyuna 7 qol vuran 28 yaşlı hücumçu mövsümün 7-ci ən yaxşı transferi kimi dəyərləndirilib.
Qeyd edək ki, Rüfət Dadaşov ötən mövsüm 26 qolla Regional Liqanın bombardiri olub.
Son xəbərlər
11:38
Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edilib
İncəsənət11:34
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib
Fərdi11:34
Foto
Bakı qəsəbələrinin küçələri yuyulub, əsaslı təmizlik işləri görülüb
Daxili siyasət11:26
KİV: "Hizbullah" İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib
Digər ölkələr11:15
KİV: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb
Digər ölkələr11:14
"Miniboss Biznes Məktəbi"nin təsisçisi: "Forumda təqdim edilən layihələr dünyada uğurlu startaplardan birinə çevrilə bilər"
Biznes11:13
Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq
Futbol11:06
Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
İnfrastruktur10:58
Foto