Bakıda 6-cı Startap Forumu keçirilir

Biznes
  • 11 aprel, 2026
  • 10:58
Bakıda 6-cı Startap Forumu keçirilir

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu keçirilir.

"Report" xəbər verir ki, təşkilatçısı "Miniboss Biznes Məktəbi" olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində formalaşmış mühüm bir ənənəyə çevrilib.

Bu il də Forumda 20 komanda iki istiqamət üzrə - SIFE ("Startups in Innovative Free Entrepreneurship") və SAGE ("Startups for the Advancement of a Global Environment") kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim edəcəklər. Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edəcək.

Xatırladaq ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələri əhatə edir.

Qeyd edək ki, "Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu ildə sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında Startap Forumu, Milli və Dünya çempionatları təşkil edir. Bu il Dünya Çempionatı 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.