Rövnəq Abdullayev: "San-Marino ilə oyun normal keçdi"

Rövnəq Abdullayev: "San-Marino ilə oyun normal keçdi" İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik
Futbol
4 Sentyabr , 2016 22:47
Rövnəq Abdullayev: San-Marino ilə oyun normal keçdi

San Marino. 4 sentyabr. REPORT.AZ/ "Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi". 

Bunu "Report"un San Marinoya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

O, bildirib ki, ümumilikdə dörd yüz fazilik qol şansı olub: "Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyundan baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil. Baş məşqçiyə də narahatlığımı çatdırdım. Ola bilər ki, Prosineçki müəyyən taktiki dəyişiklər etdi. 

Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Ehtiyat oyunçular skamyası genişdir və bu da yaxşı rəqabət yaradır".

Son xəbərlər

Orphus sistemi