Rövnəq Abdullayev: "Hücumları məntiqi sonluğa çatdıra bilmədik"

Rövnəq Abdullayev: "Hücumları məntiqi sonluğa çatdıra bilmədik" Bakı. 5 oktyabr. REPORT.AZ/ Qarabağ yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib Arsenal idi.
Futbol
5 Oktyabr , 2018 00:24

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Qarabağ" yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib "Arsenal" idi".

"Report" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu görüş barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyirik.

Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.

R.Abdullayev FIFA prezidenti Canni İnfantino ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır. 

Son xəbərlər

Orphus sistemi