Yuxarı

AFFA prezidenti "Qəbələ" və "Qarabağ" klublarını təbrik edib

İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir

Bakı. 28 avqust. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya prezidenti hər iki klubu təbrik edib.

O bildirib ki, "Qarabağ" və "Qəbələ" klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni mərhələnin başlanğıcını qoyub: "Ümid edirəm ki, bu başlanğıc davamlı və uğurlu olacaq. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir".

R.Abdullayev ölkənin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib, onlara qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi