AFFA prezidenti "Qəbələ" və "Qarabağ" klublarını təbrik edib

AFFA prezidenti "Qəbələ" və "Qarabağ" klublarını təbrik edib "İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir"
Futbol
28 Avqust , 2015 12:22
AFFA prezidenti Qəbələ və Qarabağ klublarını təbrik edib

Bakı. 28 avqust. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya prezidenti hər iki klubu təbrik edib.

O bildirib ki, "Qarabağ" və "Qəbələ" klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni mərhələnin başlanğıcını qoyub: "Ümid edirəm ki, bu başlanğıc davamlı və uğurlu olacaq. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir".

R.Abdullayev ölkənin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib, onlara qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edib.

Son xəbərlər

Orphus sistemi