Ronaldu "Yuventus"un A Seriyasındakı ikinci oyununda da fərqlənə bilməyib - VİDEO

Ronaldu "Yuventus"un A Seriyasındakı ikinci oyununda da fərqlənə bilməyib - VİDEO Turin klubu ardıcıl növbəti qələbəsini qazanıb
Futbol
25 Avqust , 2018 22:06
Ronaldu Yuventusun A Seriyasındakı ikinci oyununda da fərqlənə bilməyib - VİDEO

Bakı. 25 avqust. REPORT.AZ/ "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasında ardıcıl növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Turin təmsilçisi II turda "Latsio"nu 2:0 hesabı ilə yenib.

Hesabı 30-cu dəqiqədə Miralem Pyaniç uzaqdan zərbə ilə açıb. 75-ci dəqiqədə isə Mario Mancukiç yekun nəticəni müəyyənləşdirib.

"Yuventus"un yeni transferi Kriştianu Ronaldu sonadək meydanda olsa da, qol vura bilməyib. Əvəzində ikinci qol epizodu zamanı onun ayağından sıçrayan top Mancukiçin önünə gəlib. Xorvatiyalı hücumçu isə qapını dəqiq nişan alıb.

"Yuventus" ilk turda səfərdə "Kyevo"nu yenib - 3:2.

Son xəbərlər

Orphus sistemi