Yuxarı
    Bağlamaq

    Ronaldu mövsümün sonunda "Real Madrid"i tərk edə bilər

    Klub rəhbərliyi Beyli lider görür

    Bakı. 7 yanvar. REPORT.AZ/ İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu mövsümün sonunda klubu tərk edə bilər. "Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, yeni baş məşqçi Zinəddin Zidan portuqaliyalı hücumçudan yenə ön xəttdə yararlanmaq niyyətindədir. 

    Lakin klub rəhbərliyi 31 yaşlı oyunçunun ən yaxşı illərinin artıq geridə qaldığı qənaətindədir. "Real Madrid" rəsmilərinin fikrincə, komandanın yeni lideri Qaret Beyl olmalıdır. 

    Qeyd edək ki, Kriştianu Ronaldu son mövsümlərdə dizindəki problemlərdən əziyyət çəkir. Ona Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klubları maraq göstərir. Amma Fransa variantı daha real görünür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi