Yuxarı

Roman Qriqorçuk "Astana" klubunu tərk edib

Roman Qriqorçuk "Astana" klubunu tərk edib

Bakı. 17 avqust. REPORT.AZ/ Qazaxıstan təmsilçisi “Astana”nın baş məşqçisi Roman Qriqorçuk müvəqqəti olaraq klubu tərk edib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis şəxsi işləri ilə bağlı bu addımı atdığını bildirib. Qriqorçuk onun yoxluğunda baş məşqçi vəzifəsini köməkçisi Qriqori Babayanın yerinə yetirəcəyini söyləyib. O, nə zaman geri dönəcəyini açıqlamayıb.

Qeyd edək ki, Qriqorçuk bu ilin may ayında “Qəbələ”ni tərk edərək “Astana”nın sükanı arxasına keçib. Çempionlar Liqasında mübarizəni dayandıran Qazaxıstan təmsilçisi Avropa Liqasının pley-off mərhələsində Kiprin APOEL komandası ilə qarşılaşacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi