​“Roma” “Yuventus”u ikinci məğlubiyyətinə uğradıb - VİDEO

​“Roma” “Yuventus”u ikinci məğlubiyyətinə uğradıb - VİDEO Turin klubu “A” Seriyasının 18-ci pilləsinə düşüb
Futbol
31 Avqust , 2015 01:44
​“Roma” “Yuventus”u ikinci məğlubiyyətinə uğradıb - VİDEO

Bakı. 31 Avqust. REPORT.AZ/ Futbol üzrə İtaliya “A” Seriyasında 2-ci turun oyunlarına start verilib.

“Report” xəbər verir ki, turun mərkəzi görüşü Romanın “Olimpiko” stadionunda baş tutub.

Burada yerli “Roma” ötən ilin çempionu “Yuventus”u qəbul edib. Qarşılaşma “canavarlar”ın xeyrinə başa çatıb – 2:1.

“Roma” bu qələbə sayəsində “A” Seriyasının ikinci pilləsinə yüksəlib, “Yuventus” isə mövsümdə ardıcıl ikinci məğlubiyyətini alaraq 18-ci yerə düşüb.

İtaliya “A” Seriyası. 2-ci tur

“Roma” (Roma) – “Yuventus” (Turin) – 2:1

Qollar: Pyaniç, 61 (1:0); Ceko, 79 (2:0); Dibala, 87 (2:1).

Son xəbərlər

Orphus sistemi