Bakı. 31 Avqust. REPORT.AZ/ Futbol üzrə İtaliya “A” Seriyasında 2-ci turun oyunlarına start verilib.
“Report” xəbər verir ki, turun mərkəzi görüşü Romanın “Olimpiko” stadionunda baş tutub.
Burada yerli “Roma” ötən ilin çempionu “Yuventus”u qəbul edib. Qarşılaşma “canavarlar”ın xeyrinə başa çatıb – 2:1.
“Roma” bu qələbə sayəsində “A” Seriyasının ikinci pilləsinə yüksəlib, “Yuventus” isə mövsümdə ardıcıl ikinci məğlubiyyətini alaraq 18-ci yerə düşüb.
İtaliya “A” Seriyası. 2-ci tur
“Roma” (Roma) – “Yuventus” (Turin) – 2:1
Qollar: Pyaniç, 61 (1:0); Ceko, 79 (2:0); Dibala, 87 (2:1).