"Roma" yeni stadionda ilk oyununu 2020-ci ildə keçirməyi planlaşdırır

"Roma" yeni stadionda ilk oyununu 2020-ci ildə keçirməyi planlaşdırır Bundan əvvəl "Stadio Della Roma"nın 2016-cı ildə açılması planlaşdırılırdı
Futbol
26 Oktyabr , 2017 23:59
Roma yeni stadionda ilk oyununu 2020-ci ildə keçirməyi planlaşdırır

Bakı. 26 oktyabr. REPORT.AZ/ İtaliyanın "Roma" futbol klubunun baş direktoru Mauro Baldissoni bildirib ki, Roma klubu yeni stadionda ilk matçını 2020-ci ilin avqustunda keçirməyi nəzərdə tutur.

"Report" xəbər verir ki, onun sözlərini "Football Italia" nəşri sitat gətirib.

"Yeni stadionda ilk oyunumuzu 2020-ci ilin avqustunda keçirəcəyimizə ümid edirik. Bu proqnozu bizim ekspertlər ediblər və biz inanırıq ki, o, realdır", - deyə Baldissoni bildirib.

Eyni zamanda klubun səhmdarı Mario Staderini bu proqnoza o qədər də əmin olmadığını deyib.

Bundan əvvəl "Stadio Della Roma"nın 2016-cı ildə açılmasının planlaşdırıldığı bildirilmişdi. 52,5 min tamaşaçı tutumuna malik olacaq meydanın layihəsi 2014-cü ildə təqdim edilib. Hazırda "Roma" ev oyunlarını "Olimpiko" stadionunda keçirir.

Son xəbərlər

Orphus sistemi