"Roma"nın Məhəmməd Salahı satmasının səbəbi müəyyənləşib

"Roma"nın Məhəmməd Salahı satmasının səbəbi müəyyənləşib Ramon Monçi: "Bu addımı UEFA-nın tələbləri üzündən satdıq"
Futbol
25 Aprel , 2018 17:21
Romanın Məhəmməd Salahı satmasının səbəbi müəyyənləşib

Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun idman direktoru Ramon Monçi futbolçu Məhəmməd Salahı İngiltərə "Liverpul"una satmalarının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, 50 yaşlı funksioner bu addımı UEFA-nın tələbləri üzündən satmağa məcbur olduqlarını bildirib. 

Monçi deyib ki, 2017-ci il iyunun 30-dək bu satışı həyata keçirməsəydilər, indi Çempionlar Liqasının yarımfinalında oynamazdılar: "Hesablarımız UEFA-nın sərt nəzarəti altında idi. "Roma"ya gəldiyim vaxt Salahdan ötrü 30 milyon avro təklif edirdilər. Amma biz sonradan bonusları nəzərə almaqla məbləği 50 milyon avroya qaldırdıq. Həmin vaxt optimal qərar qəbul etdik. Mən gözləmirdim ki, bundan sonra transfer bazarı ağlını itirəcək".

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 43 qol vurub. Bunlardan 2-si "Roma" ilə Çempionlar Liqasının ilk yarımfinal oyununa təsadüf edib. Salah həm də 2 məhsuldar ötürmə müəllifi olub. Görüş "Liverpul"un 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" mayın 2-də keçiriləcək cavab görüşündə ən azı 3 cavabsız top vurmasa, mübarizəni dayandıracaq. 

Son xəbərlər

Orphus sistemi