"Roma"nın ingilis azarkeşi döyən fanatı 2,5 il müddətinə həbs olunub

"Roma"nın ingilis azarkeşi döyən fanatı 2,5 il müddətinə həbs olunub Bakı. 25 avqust. REPORT.AZ/ İtaliyanın Roma futbol klubunun fanatı Daniel Şiusko İngiltərə Liverpulunun azarkeşini döydüyünə görə, 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Futbol
25 Avqust , 2018 03:50
Romanın ingilis azarkeşi döyən fanatı 2,5 il müddətinə həbs olunub

Bakı. 25 avqust. REPORT.AZ/ İtaliyanın "Roma" futbol klubunun fanatı Daniel Şiusko İngiltərə "Liverpul"unun azarkeşini döydüyünə görə, 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Liverpool Echo" nəşri yazıb.

Ötən mövsüm aprelin 24-də Şiusko və İtaliya klubunun daha bir fanatı Filippo Lombardi Liverpul şəhərində Çempionlar Liqasının yarımfinal matçı öncəsi 53 yaşlı kişiyə hücum edərək ona müxtəlif xəsarətlər yetiriblər. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Lombardinin məhkəməsi bu ilin sonunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi