“Roma”nın baş məşqçisi “Qarabağ”la oyunla bağlı azarkeşlərə müraciət edib

“Roma”nın baş məşqçisi “Qarabağ”la oyunla bağlı azarkeşlərə müraciət edib 48 yaşlı mütəxəssis azarkeşləri stadiona səsləyib
Futbol
4 Dekabr , 2017 13:58
“Roma”nın baş məşqçisi “Qarabağ”la oyunla bağlı azarkeşlərə müraciət edib

Bakı. 4 dekabr. REPORT.AZ/ İtaliyanın "Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun ərəfəsində azarkeşlərə müraciət edib.

“Report” xəbər verir ki, 48 yaşlı mütəxəssis “Twitter” və “Instagram” hesabları vasitəsilə fanatları dekabrın 5-də “Olimpiko” stadionunda baş tutacaq matça səsləyib: “Qalib gəlmək və sizinlə birgə qələbə nəğməsi oxumaq istəyirik. ÇL-də yolumuza davam etmək üçün çərşənbə axşamı sizin dəstəyinizə ehtiyac duyacağıq. Hamınızı stadionda görmək istəyirəm. Forza Roma!"

Qeyd edək ki, “Olimpiko” stadionunun tutumu 72700 nəfərlikdir. Son məlumatlara görə, oyuna 30 mindən çox bilet satılıb. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi