Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçi tapıb.
"Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, Bursa təmsilçisi türk əsilli Tayfun Korkutla anlaşıb.
Tərəflər arasında danışıqların müsbət nəticələndiyi və tezliklə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Almaniyada anadan olan mütəxəssis məşqçilik karyerası ərzində Almaniyanın "Hoffenhaym" klubunun U-17 komandasında, "Ştutqart"ın U-19 və "Hannover" komandalarında çalışıb. O, 2012-2013-cü illərdə Türkiyə yığmasında köməkçi məşqçi vəzifəsində işləyib.
Qeyd edək ki, "Bursaspor" Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini komandaya baş məşqçi gətirmək istəyirdi. Lakin xorvatiyalı mütəxəssisin müqaviləsi davam etdiyindən danışıqlar baş tutmayıb.