Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib

Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib Azərbaycan millisinin baş məşqçisi minimal hesablı qələbə təxmin edir
Futbol
29 Noyabr , 2016 13:46
Robert Prosineçki Qarabağ - Qəbələ matçına proqnoz verib
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib. 

"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis meydan sahiblərinin minimal hesabla qalib gələcəklərini bildirib. 

"Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy, 1:0 olsun" deyə baş məşqçi vurğulayıb. 

Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi