Yuxarı

​Robert Prosineçki: "Dünya çempionatının finalına vəsiqə qazanmaq çətindir"

Ancaq bunu həyata keçirmək istəyirik

Bakı. 30 iyun. REPORT.AZ/ "Gördünüz ki, İslandiya İngiltərəni məğlub etdi. İtaliya Konte ilə yaxşı futbol oynayır". "Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatından danışarkən deyib.

Qitə turniri haqqında fikirlərini bildirən xorvatiyalı mütəxəssis çalışdığı yığmadan da söz açıb. O, Azərbaycan millisinin inkişafda olduğunu bildirib: "Azərbaycan millisi inkişafdadır. Biz bir neçə yaxşı nəticə əldə etmişik. İnanıram ki, dünya çempionatında hər kəs üçün çətin rəqib olacağıq. Hədəfimiz də budur. Dünya çempionatının finalına vəsiqə qazanmaq çətindir. Ancaq bunu həyata keçirmək istəyirik".

Qeyd edək ki, Azərbaycan DÇ-2018-in seçmə qrup mərhələsində Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi