Yuxarı
    Bağlamaq

    Robert Prosineçki Azərbaycan yığmasında köməkçilərini və müqavilə müddətini açıqlayıb

    Ailə üzvlərimi Xorvatiyada saxlamağın mənası yoxdur

    Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki köməkçilərini müəyyənləşdirib. "Report"un məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssis "Jutarnji List"ə açıqlama verib.

    Prosineçki bildirib ki, baş məşqçi olacağı təqdirdə yığmada ona Qordan Kipriç və Draqan Spasiç yardımçı olacaq. Həmin məşqçilər əvvəlki iş yerlərində də xorvatiyalı baş məşqçinin rəhbərliyi altında çalışıblar.

    Mütəxəssis müqavilə müddəti barədə də danışıb. O deyib ki, anlaşması 3,5 illik (1,5+2) nəzərdə tutulub. Belə ki, hər şey AVRO-2016-nın seçmə tsiklinin qalan oyunlarında göstərilən nəticədən asılı olacaq. Razılaşmaya əsasən, Prosineçkinin fəaliyyəti AFFA-nı qane etsə, onun 2018-ci il dünya çempionatınadək yığmanın sükanı arxasında qalmasına qərar veriləcək.

    Baş məşqçi postuna namizəd 4-5 illik təcrübəsinin və Xorvatiya millisində Slaven Biliçin köməkçisi kimi işinin ona kömək edəcəyini vurğulayıb. Prosineçki Azərbaycan yığmasının 2015-ci il martın 28-də Malta ilə keçirəcəyi növbəti seçmə oyunadək hazırlıq üçün xeyli vaxtının olduğunu da əlavə edib. O, tezliklə həyat yoldaşı və iki qızını da Bakıya gətirəcəyini açıqlayıb: "Onları Xorvatiyada saxlamağın mənası yoxdur".

    Qeyd edək ki, Azərbaycan milli komandasının yeni baş məşqçisinin təsdiqlənməsi ilə bağlı müzakirələr AFFA İcraiyyə Komitəsinin dekabrın 3-də keçiriləcək iclasının gündəliyinə salınıb. Hələlik yığmaya kimin rəhbərlik edəcəyi rəsmən açıqlanmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi