Yuxarı

Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib

Baş məşqçi Azərbaycanın qəhrəmanlıqla şəhid olan 15 əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib. "Report"un AFFA-nın rəsmi "Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, xorvaxtiyalı mütəxəssis son günlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycanın qəhrəmanlıqla şəhid olan 15 əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib.

R.Porosineçki özü və ailəsi adından şahid ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi