​Azərbaycan yığmasının futbolçusu Rusiya klubunda baxışdadır

​Azərbaycan yığmasının futbolçusu Rusiya klubunda baxışdadır Futbolçumuz "Qazovik" komandası ilə müqavilə imzalaya bilər
Futbol
11 Yanvar , 2015 02:43
​Azərbaycan yığmasının futbolçusu Rusiya klubunda baxışdadır
Bakı. 11 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun “Dinamo” klubunun yarımmüdafiəçiləri Roman Vorobyev və Rizvan Ömərov komandanı tərk ediblər və Orenburqun “Qazovik” kollektivi ilə ilk təlim-məşq toplanışına yollanmaq üzrədirlər.

“Report” “Sportbox.ru”ya istinadən xəbər verir ki, Rusiya yığmasının sabiq oyunçusu Roman Vorobyev artıq komandanın sıralarına qatılsa da, Azərbaycan yığmasının futbolçusu Rizvan Ömərov klubda hələ ki, baxışa dəvət olunub.

Rizvan Ömərov “Dinamo”nun heyətində 16 oyun keçirib və heç birində də fərqlənməyib.

Son xəbərlər

Orphus sistemi