Bakı. 7 mart. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub.
O, Qətər yığması ilə martın 9-da səfərdə keçiriləcək oyun üçün baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu. Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.