Rəcəb Tayyib Ərdoğan: "UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik"

Rəcəb Tayyib Ərdoğan: "UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik" "Türkiyə AVRO-2024-ə ev sahibliyi üçün şərtləri yerinə yetirib"
Futbol
26 Sentyabr , 2018 14:58
Rəcəb Tayyib Ərdoğan: UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2024-cü il Avropa çempionatına təşkilatçılıq uğrunda mübarizədə qələbə şanslarını dəyərləndirib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, ölkə başçısı AVRO-2024 üçün şərtləri yerinə yetirdiklərini vurğulayıb. O, UEFA-dan ədalətli dəyərləndirmə gözlədiklərini əlavə edib.

Qeyd edək ki, AVRO 2024-ə ev sahibliyi etmək üçün iki ölkə - Türkiyə və Almaniya namizədliyini verib. Yekun qərar UEFA İcraiyyə Komitəsinin sentyabrın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək.   

Son xəbərlər

Orphus sistemi