"Real" Qaret Beyl ilə müqaviləni 5 il müddətinə uzadıb

"Real" Qaret Beyl ilə müqaviləni 5 il müddətinə uzadıb 27 yaşlı uelslinin illik maaşı 10 milyon avroya qədər artırılacaq
Futbol
24 Avqust , 2016 05:50
Real Qaret Beyl ilə müqaviləni 5 il müddətinə uzadıb

Bakı. 24 avqust. REPORT.AZ/ İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Qaret Beyl komanda ilə müqaviləsini 2021-ci ilədək uzadıb.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Gazetta dello Sport" qəzeti yazıb.

KİV-in məlumatına görə, 27 yaşlı uelslinin illik maaşı komandanın kapitanı Serxio Ramosun aldığı 10 milyon avroya qədər artırılacaq.

Həmçinin portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə də müqavilənin uzadılma ehtimalı var. Yeni müqavilə barədə qərar sentyabrda qəbul olunacaq.

Beyl İngiltərənin "Tottenhem" klubundan "Real"a 2013-cü ildə 101 milyon avroya transfer olunmuşdu və o zaman üçün ən bahalı futbolçusu hesab olunurdu.

Son xəbərlər

Orphus sistemi