"Real Madrid" rəhbərliyi Ronaldunun ad günündə əylənən futbolçularını cəzalandırıb

"Real Madrid" rəhbərliyi Ronaldunun ad günündə əylənən futbolçularını cəzalandırıb "Atletiko"ya məğlubiyyətdən sonra gecəyə qatılmaları Sami Xedira ilə Xames Rodrigesə baha başa gəlib
Futbol
11 Fevral , 2015 09:34
Real Madrid rəhbərliyi Ronaldunun ad günündə əylənən futbolçularını cəzalandırıb

Bakı. 11 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi 2 futbolçusunu cərimələyib. "Report"un "Deportes Cuatro"ya istinadən verdiyi məlumata görə, bunlar Sami Xedira ilə Xames Rodrigesdir.

Almaniyalı və kolumbiyalı yarımmüdafiəçilər İspaniya çempionatının 22-ci turunda "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən sonra portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 30 yaşı münasibətilə təşkil etdiyi gecəyə qatıldıqları üçün cəzalanıblar. Cərimədən əlavə, Xediranın mövsümün sonunadək "kral klubu"nun əsas heyətində bir daha meydana çıxmayacağı bildirilir.

"Real Madrid" rəhbərliyi ağır məğlubiyyətin ardından əylənən Ronaldu və komanda yoldaşlarının hərəkətini yolverilməz sayıb.

Son xəbərlər

Orphus sistemi