Yuxarı

​"Real Madrid" Qaret Beylə 1 milyard avro qiymət qoyub

Artıq 25 yaşlı futbolçu üçün Mançester Yunayted təklif göndərməyə hazırlaşır

Bakı. 23 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Qaret Beylə qoyduğu qiymət açıqlanıb. "Report"un AS-a istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçini heyətində görmək istəyən klub 1 milyard avrosundan keçməli olacaq.

Artıq 25 yaşlı futbolçu üçün "Mançester Yunayted" təklif göndərməyə hazırlaşır. Lakin manikunyanlar 153 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Q.Beyl 2013-cü ildə İngiltərənin "Tottenhem" klubundan "Real Madrid"ə transfer olunub və keçid üçün 91 milyon avro ödənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi